“Yenidən karantin rejiminin yumşaldılmasının dayandırılması və məhdudlaşdırmanın qoyulması məsələsi aktuallaşır”.
Qadin.net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O əlavə edib ki, cümə günü axşamdan bazar ertəsi səhər saat 05:00-a kimi tam qapadılma, məhdudlaşdırılma ola bilər:
“Hərəkətin tam məhdudlaşdırılması rejimi yaradılır”.