Qadin.NET / Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 325 yoluxma - RƏSMİ

Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 325 yoluxma - RƏSMİ


“Azərbaycanda koronavirus infeksiyasına 325 yeni yoluxma faktı qeydə alınıb”. 
Qadin.Net oxu.az-a istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. 
O qeyd edib ki, koronavirusdan 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü beş nəfər vəfat edib.
Sədrin sözlərinə görə, hazırda 96 nəfər reanimasiyadadır:
“17 nəfər süni nəfəs aparatına qoşulub. Bu gün 5 626 test icra olunub. Ümumilikdə, bu günə qədər 6 260 koronavirusa yoluxma faktı aşkarlanıb.
Xəstələnənlərdən 76-sı vəfat edib, 3 665-i sağalıb. 2 519 nəfər aktiv koronavirus xəstəsi var. Bunun yarıdan çoxu Bakı şəhərinin payına düşür”

3 iyun 2020
GO BACK