Qadin.NET / Potensial təhlükəli asteroid Yerə yaxınlaşır

Potensial təhlükəli asteroid Yerə yaxınlaşır

Bəşəriyyət üçün potensial təhlükə olan futbol meydançası ölçüsündə asteroid Yer kürəsinə yaxınlaşır.
Qadin.Net bildirir ki, bu barədə “Space Reference” məlumat yayıb.
2002-ci ildə aşkarlanan səma cisminə 163348 (2002 NN4) nömrəsi verilib. İyunun 6-da sözügedən asteroidin planetimizə minimal məsafəyə yaxınlaşması gözlənilir.
NASA-dan qeyd edilib ki, asteroid planetimizdən ayın orbitindən 13 dəfə daha uzaq məsafədən keçəcək.
Buna baxmayaraq, asteroid potensial təhlükəli hesab olunur. Çünki onun trayektoriyası Yerin orbiti ilə kəsişir.


3 iyun 2020
GO BACK