Qadin.NET / TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 968 test edilib.
Qadin.net axşam.az -a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 2-nə açıqladığı statistikada qeyd olunub.
Bildirilib ki, indiyə kimi ölkədə 309 901 test edilib və 5 935 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 3 564 nəfəri sağalıb, 71-i dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 273 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər vəfat edib, 56 xəstə sağalıb.


2 iyun 2020
GO BACK