Qadin.NET / ÜST xəbərdarlıq etdi: Koronavirus bitməmiş yeni epidemiya başladı

ÜST xəbərdarlıq etdi: Koronavirus bitməmiş yeni epidemiya başladı

Konqo Demokratik Respublikasının qərbində Ebola hemorragik qızdırması yenidən yayılmağa başlayıb.
Qadin.net bildirir ki, “İzvestiya”nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib
Məlumata görə, Konqoda Ebolaya yoluxmuş altı nəfərdən dördü artıq həyatını itirib. ÜST yeni epidemiya ilə mübarizə üçün hadisə yerinə nümayəndələrini göndərib.
Qebreyesus vurğulayıb ki, Ebolanın yenidən yayılması koronavirus infeksiyasının insanların üzləşdiyi tək problem olmadığını xatırladır.


2 iyun 2020
GO BACK