Qadin.net bildirir ki, bu barədə “Star News” xəbər yayıb.
Məsələn, C.Çan hamilə arvadını bir neçə gün pulsuz və ərzaqsız qoyub, ona istehza edib.
Başqa bir vaxt evdə mübahisənin gedişində körpə oğlunu arvadının üstünə atıb. Otaqboyu “uçan” uşaq ölüm təhlükəsi ilə üzləşib.
Ceki tez-tez içkili vəziyyətdə maşın sürdüyünü, dostlarını davaya cəlb etdiyini deyib.
Bütün dünyada tanınmasına və varidatına baxmayaraq, heç bir sənəddə onun imzasına rast gəlmək olmaz. Məsələ onun dələduz olması ilə bağlı deyil. İş burasındadır ki, Ceki Çan yazmağı bacarmır.