Türkiyədə koronavirus səbəbi ilə yayımları dayandırılan serialların yenidən çəkilişlərinə start verilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, məşhur saytların biri “Hansı serialın yayımını gözləyirsiniz” başlığı ilə sorğu keçirib.
Anketin nəticələrinə görə, “Doğduğun ev kaderindir” birinci, “Sefirin kızı” ikinci, “Hercai” serialı isə üçüncü yerdə qərarlaşıb.
19 serialın yer aldığı sorğuda “Çukur” 8-ci, “Eşkiya dünyaya hükümdar olmaz” isə 11-ci sırada yer alıb.