Qadin.NET / Ali Sunal qızı və xanımından yazdı-FOTO

Ali Sunal qızı və xanımından yazdı-FOTO

Azərbaycanlı vəkil Nazlı Qurbanzadə ilə evli olan türkiyəli aktyor Ali Sunal qızının və həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, İnstaqramda bölüşdüyü şəklə “Bizim evin xanımları sizə bu həftə uğur diləyir” sözlərini yazıb.
Qeyd edək ki, sənətçi indiyədək bir neçə dəfə qızı Narinin fotosunu paylaşsa da, onun üzünü gizlədirdi. 
Onu da bildirək ki, Ali Sunal “Şaban” ləqəbi ilə məşhurlaşan Kemal Sunalın oğludur. Nazlı Qurbanzadə isə azərbaycanlı biznesmen Bülənt Qurbanzadənin qızıdır.

1 iyun 2020
GO BACK