“İyunun 8-dən 18-dək magistraturaya ixtisas seçimi davam edəcək”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, ixtisas seçimindən əvvəl müəyyən qabiliyyət tələb edən ixtisaslar üzrə cədvəllər dəqiqləşdirilir:
“İyun ayının 5-dək “Magistr” jurnalı dərc olunacaq. Hər bir şəxs istədiyi ali məktəbi seçə biləcək”.
Sədr əlavə edib ki, onlar qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməli olacaq.