Qadin.NET / Qəbul imtahanlarında bu şəxslərin iştirakına icazə verilməyəcək - RƏSMİ

Qəbul imtahanlarında bu şəxslərin iştirakına icazə verilməyəcək - RƏSMİ

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali və orta ixtisas məktəblərinə qəbul olmaq istəyən şəxslərə müraciət edib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki,  o, buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, elə şəxslər var ki, IX sinif buraxılış imtahanı verib, X sinifə keçmək istəyirlər:
“Onlar indi imtahanlarda iştirak edə bilməyəcək. Buraxılış imtahanlarında sentyabr ayında iştirak edə biləcəklər. Amma qəbul imtahanları yalnız bir dəfə olacaq. Mütləq ali və orta ixtisas məktəblərinə qəbul olmaq istəyən şəxs varsa, indi imtahanlarda iştirak etməlidir”.
Sədr qeyd edib ki, ailəsində koronavirusa yoluxan şəxslər olanlara sentabrda buraxılış imtahanı vermək üçün şans yaradılacaq:
“Əgər həmin şəxslər ali məktəbə qəbul olmaq istəyirlərsə, bu il onlar iştirak edə bilməyəcək. Çünki insanların sağlamlığı hər şeydən vacibdir”.


1 iyun 2020
GO BACK