“Hər bir məzun təhsil aldığı məktəbin yerləşdiyi rayon, şəhərdə imtahan verəcək”.
Qadin.Net oxu.az-a istinadən məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, hər həftəsonu ən azı dörd növ imtahan keçiriləcək:
“15 minə yaxın nəzarətçi-müəllim bizimlə birgə çalışacaq. Hər zalda 15 abituriyent otura biləcək”.
Sədr bildirib ki, ali məktəblərə və kolleclərə qəbul imtahanları elan edilməyib:
“İyun ayının 5-dək sənəd qəbulu davam edəcək. Hazırkı statistikaya əsasən, 75 692 nəfər sənəd verib. Onların 12 853-ü əvvəlki illərin məzunudur”.