Qadin.NET / Pizzanı gətirən kuryer hər kəsi təəccübləndirdi-FOTO

Pizzanı gətirən kuryer hər kəsi təəccübləndirdi-FOTO

Rusiyanın Saxa (Yakutiya) Respublikasında restoranlardan birində evlərə pizza çatdırılması üçün fərqli üsul tətbiq edilib.
Qadin.Net bildirir ki, Sondakika.com məlumat verir ki, Yakutsk şəhərində işsiz qalan bar rəqqasələri pizza kuryerliyinə başlayıblar.
Pizza sifariş edənlər istədikləri gəldiyi zaman şoka düşüblər: əlcək və maska taxmış kuryerlər yarıçılpaq vəziyyətdə onlara pizza gətiriblər.
Kuryerlər iki mühafizəçinin müşayiəti ilə evlərə çatdırılma xidməti təklif edirlər.
Restoran sahibi bildirib ki, pizzaların çatdırılmasında işçi çatışmazlığı var idi. Amma əsas məqsəd işsiz qalan insanlara dəstəyi təmin etmək olub.


Şəhər rəhbərliyindən də məsələyə münasibət bildirilib:
“İnsanların əxlaq və etika baxımından bu hadisəyə necə yanaşacağını bilmirik. Amma qaydaları pozacaq hər hansı hərəkətə rast gəlinməyib”.


1 iyun 2020
GO BACK