Qadin.NET / Şahzadə Harrinin daha bir sirri məlum oldu-FOTO

Şahzadə Harrinin daha bir sirri məlum oldu-FOTO

Böyük Britaniya şahzadəsi Harrinin Feysbuk sosial şəbəkəsində profili aşkarlanıb.
Qadin.net publika.az-a istinadənNxəbər verir ki, bu barədə İngiltərənin “Daily Mirror” nəşri məlumat yayıb.
Xəbərə görə, şahzadə “Spayk Uells” adı ilə sosial mediadan istifadə edib. 2008-2012-ci illərdə aktiv istifadə edilən avatarda Harrinin keçmiş sevgilisi Çelsi Devi ilə fotoları da yer alıb.
Nəşrin araşdırmasına görə, şahzadə Harrinin uşaqlıqda saç düzümünə görə ləqəbi “Spayk” olub.


Qeyd edək ki, İngiltərə kral ailəsinin sosial mediadan istifadəsi qadağandır.
Xatırladaq ki, şahzadə Harri həyat yoldaşı Meqan Markl və oğlu Arçi ilə birgə kral ailəsindən ayrılaraq ABŞ-a köçüb.
31 may 2020
GO BACK