Qadin.NET / Karantin rejimində toylar keçirilsin - TƏKLİF

Karantin rejimində toylar keçirilsin - TƏKLİF

“Toyların keçirilməsi məsələsi öz həllini tapmalıdır”. 
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. 

O qeyd edib ki, karantin rejimi dövründə toylar iki saat müddətində keçirilməlidir. 
“İnsanlar xərc çəkiblər, toy gözləyirlər. Toylar iki saat müddətində, 50 nəfər iştirak etməklə və sosial məsafə gözlənilməklə keçirilə bilər”, - deyə F.Mustafa bildirib.
31 may 2020
GO BACK