İtaliyanın Verona şəhərində üzüm bağının altından 3-cü əsrə aid olan mozaika tapılıb.
Qadin.Net "CNN Türk"ə istinadla xəbər verir ki, arxeoloqlar eyni ərazidə 1922-ci ildə Roma dövrünə aid villa tapıblar. Onlar yeni tapıntıya görə çox təəccübləniblər.
Tədqiqatçılar ötən il təpəlik bölgədə arxeoloji qazıntılara başlayıblarmış. Koronavirus səbəbindən araşdırma yarımçıq saxlanılıb.