Rayonlara gediş-gəlişin hansı halda bərpa olunacağı açıqlandı - RƏSMİ
“Rayonlara gediş-gəlişin bərpası yoluxmanın səviyyəsindən asılıdır. Son günlər yoluxma səviyyəsinin artması bu məsələlərə konservativ yanaşma tələb edir”.Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, sərbəstlik artdıqca, yoluxma hallarının sayı artır:
“Narıncı zonada yoluxma halları artıb. Gediş-gəlişin intensivliyi yüksələrsə, sarı zonada da artıma səbəb ola bilər. Hələlik bu məsələni indiki mərhələdə dəyişməməyə çalışırıq”.
29 may 2020
GO BACK