Qadin.NET / Beyin şişini müalicə edəcək dərman hazırlandı

Beyin şişini müalicə edəcək dərman hazırlandı

Kanadalı alimlər ölümcül beyin şişi - glioblastomaya kömək edəcək dərman hazırlayıblar.
Qadin.Net bildirir ki, “Cell Stem Cell” xəbər verir ki, dərman CAR T-hüceyrə terapiyasına əsaslanır.
Bildirilir ki, demək olar, bütün hallarda aqressiv müalicədən sonra glioblastoma təhlükəli olduğundan yeddi ay ərzində daha aqressiv formada təkrarlanır.
T-hüceyrə müalicəsində bədxassəli hüceyrələri tanıyan və məhv edən xüsusi bir antigenik reseptor istifadə olunur. Bu, xüsusi antigenlərə seçici şəkildə bağlanan antikor hissələri olan bir proteindir.
Bundan əlavə, xəstənin T hüceyrələri onları müəyyən bir şəkildə dəyişdirən müalicəyə cəlb olunur.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, hüceyrə terapiyası xəstənin sağ qalma ehtimalını artırır və şiş yükünü azaldır.


29 may 2020
GO BACK