Şahzadə və ailəsi tibb işçiləri üçün öz əlləri ilə müdafiə xalatı tikdilər - FOTO
Yaponiyada şahzadə Fumihito və ailəsi tibb işçilərinə özlərinin tikdikləri 300 müdafiə xalatını hədiyyə ediblər.
Qadin.Net bildirir ki, bu barədə “Ridus” xəbər yayıb.
Xeyriyyə aksiyasında 54 yaşlı vəliəhd, onun ailə üzvləri və İmperator Sarayının bir neçə əməkdaşı iştirak edib
Belə bir kömək barədə qərar koronavirusla mübarizə aparan tibb işçilərində müdafiə kostyumları çatışmazlığı yaşandıqdan sonra verilib. Həkimlər əllərində olan materialdan özləri müdafiə vasitələri hazırlamaq məcburiyyətində qalmışdılar.
Kostyumlara pandemiya ilə mübarizə aparan bütün tibb işçilərinə minnətdarlığın ifadə olunduğu məktublar da qoyulub.
Yaponiyada ümumilikdə 16 651 nəfər koronavirusa yoluxub. Onlardan 858 nəfəri ölüb, 13 973 nəfəri isə sağalıb.
29 may 2020
GO BACK