Ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) əziyyət çəkən insanların mütəmadi olaraq maska taxması tövsiyə olunmur.
Qadin.Net bildirir ki, TASS-ın məlumatına görə, Rusiyada LOR-Klinikanın rəhbəri, tibb elmləri namizədi, ali dərəcəli həkim Vladimir Zaytsev bu barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, maska taxmaq nəfəs almaqda çətinlik yaratdığına görə, bəzi şəxslər üçün bu təhlükəli ola bilər.
Onun sözlərinə görə, bu kateqoriyadan olan insanlara bir neçə dəfə istifadə edilən maskalar xüsusən təhlükəlidir.
Tibb işçisi AXOX-dan əziyyət çəkənlərə sərt özünütəcrid rejiminə riayət etməyi məsləhət görüb.