Məşhur cütlükdən COVİD-19 açıqlaması
Amerikalı top-model Krissi Teygen COVID-19 testindən keçib.Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 34 yaşlı modelin evinə gələn mütəxəssislər ondan və həyat yoldaşı Con Legenddən analiz götürüblər.
Testin götürülmə prosedurunu Tvitter səhifəsində paylaşan Krissini izləyicilər tənqid ediblər. Onlar Amerikada kasıbların evinə həkim çağırmaq imkan olmadığını, analizi ehtiyacı olanlardan götürülməsinin daha doğru olduğunu yazıblar.
Teygen tənqidlərin qarşısını almaq üçün COVID-19 testindən keçməsinin səbəbini izah etməli olub. O bildirib ki, bunu keçirəcəyi əməliyyata görə məcbur etməli olub:
“Çoxunuz hansı əməliyyatı keçirəcəyimlə maraqlanırsınız. Buna görə də etiraf edirəm, sinə kiçiltmə əməliyyatı olunacağam. İmplantlarımı çıxaracağam, daha onlarla yaşamaq istəmirəm. Artıq üzüstə rahat uzanmaq və təbii sinəmin olmasının arzusundayam”.
Qeyd edək ki, Teygen çimərlik geyimində daha cazibədar görünmək üçün implantlar qoydurmuşdu.
28 may 2020
GO BACK