Qadin.NET / Dəfn edilən adam bir ay sonra evinə qayıtdı

Dəfn edilən adam bir ay sonra evinə qayıtdı


Şri-Lankada dəfn edildiyi bilinən adam bir ay sonra evinə qayıdıb.
Qadin.net bildirir ki, “NewsWire” xəbər verir ki, bölgədə baş verən bir qəzada cəsədin Pereraya aid olduğu hesab edilib.
Dandiris Perera əslində sağ olub və koronavirusa görə tətbiq edilən komendant saatı səbəbindən bir ay evinə qayıda bilməyib.
Perera bildirib ki, bəlkə də öz məzarını görən ilk insandır.
Dəfn edilmiş meyitin kimə aid olduğu hələ məlum deyil. Onun kimliyi araşdırılır.
28 may 2020
GO BACK