Qadin.NET / Məşhur həkim antibakterial sabunun təhlükələri haqqında danışdı

Məşhur həkim antibakterial sabunun təhlükələri haqqında danışdı


Tanınmış həkim Aleksander Myasnikov antibakterial sabundan istifadə etməməyi məsləhət görüb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, həkim səbəb kimi sabunun antibakterial xüsusiyyətlərini göstərib. Məhsulun tərkibinə bakteriyaları öldürən maddələr, bu və ya digər antibiotiklər daxildir.
“Ümumiyyətlə, həkimlər antibakterial sabunu çox da tövsiyə etmir. Antibakterial sabunun antibiotik müqaviməti artırdığına inanılır. Belə bir sabun lazımdır, ancaq yalnız müəyyən hallarda, xroniki xəstəliklərin mövcudluğunu nəzərə almaq lazımdır. İnsanların böyük əksəriyyəti üçün adi sabun kifayətdir” , - deyə həkim qeyd edib.
26 may 2020
GO BACK