Qadin.NET / Kadir Doğulu Neslihan haqqında bunları dedi

Kadir Doğulu Neslihan haqqında bunları dedi


Neslihan Atagüllə evli olan aktyor Kadir Doğulu həyat yoldaşı barədə səmimi etiraflar edib.
Qadin.Net publika.az-a  istinadən xəbər verir ki, Kadir Doğulu Hakan Gencenin “Pazar” rubrikasının onlayn qonağı olub.
Müsahibəsində həyat yoldaşı ilə münasibətlərindən söz açan kino ulduzu gözlənilməz açıqlamalar verib.
“Eşq insanın sahib olacağı yeganə şeydir. Ev, maşın, mal-mülk və ya dostlar səninki kimi görünə bilər. Bəs bütün bunlar sən dünyadan köçüb getdikdən sonra kimin olur? Hesab edirəm ki, dünyadan köçəndə özünlə apara bildiyin yeganə şey sevgidir. Aşiq olanda bunu dərhal anlayırsan, gözlərini ondan çəkə bilmərsən, nə sağa, nə sola baxa bilirsən. Qarnında kəpənəklər uçmağa başlayır, donub qalırsan. Bax bu əsl eşqdir. Neslihanla ilk görüşdüyüm an çox güclü idi. Nə olacağını və nə gözlədiymi bilmirdim, amma onun gözlərindən də, mənim ürəyimdən də eyni arzu fışqırmışdı”, - Kadir Doğulu qeyd edib.
26 may 2020
GO BACK