Qadin.NET / ATV-nin əməkdaşlarının koronavirus testinin nəticəsi açıqlandı

ATV-nin əməkdaşlarının koronavirus testinin nəticəsi açıqlandı


“Azad Azərbaycan” televiziyasının əməkdaşları koronavirus testindən keçirilib.
Qadin.Net bildirir ki, axşam.az-a telekanaldan daxil olan məlumata görə, bütün testlərin nəticəsi neqativdir. Bildirilir ki, koronavirus aşkarlanmayan əməkdaşlar fəaliyyətlərinə əvvəlki rejimdə davam edirlər.
Qeyd edək ki, bir neçə gün əvvəl kanalın 4 əməkdaşının koronavirus testinin cavabı pozitiv olub, bu səbədən digər əməkdaşlar da ümumi testdən keçirilib.
Xatırladaq ki, “Azad Azərbaycan” televiziyasında pandemiya dövründə mütəmadi olaraq dezinfeksiya işləri aparılır, izolyasiya qaydalarına ciddi riayət olunur. Telekanala daxil olanların hərarəti xüsusi aparat vasitəsiylə yoxlanılır.
Daha sonra isə binanın girişində quraşdırılan xüsusi dezinfeskiya aparatından keçməklə içəri girişə icazə verilir. Bundan başqa binanın girişində və otaqlarda dezinfeksiya məhlulları qoyulub. ATV-də işçilər maskalardan və baxıllardan istifadə edir. Bundan başqa kanalın bütün otaqları hər gün dezinfeksiya olunur
26 may 2020
GO BACK