Qadin.NET / Ağcaqanadlar koronavirus yayır? - Alimlərdən şok açıqlama

Ağcaqanadlar koronavirus yayır? - Alimlərdən şok açıqlama


Kanadada yeni növ koronavirus səbəbiylə həyatını itirənlərin sayı bir gündə 190 nəfər artaraq, 6 637-ə çatıb. Virusa ümumi yoluxanların sayı 85 711 nəfərdir. Digər tərəfdən, Alberta Sağlamlıq Xidmətləri rəhbəri həkim Dena Xinşoy COVID-19-un ağcaqanadlar vasitəsilə yayılıb-yayılmadığına dair fikrini bildirib.
Qadin.net teelqrafa-a istinadən xəbər verir ki, həkim Dena Xinşoy sosial şəbəkə hesabında koronavirusun bu günə qədər ağcaqanadlar vasitəsilə yayıldığını göstərən sübutun olmadığını yazıb:
"Bu virus kiminsə ağız, burun ifrazatı, öskürmə və asqırma zamanı hava-damcı yolu ilə yayılan infeksiyadır".
Manitoba Universitetinin viruslar üzərində apardığı araşdırma ilə tanınan alimi Conson Kindraçuk da bildirib ki, ağcaqanadlarda koronavirusla bağlı hər hansı ünsür tapılmayıb
26 may 2020
GO BACK