TV8 kanalının sahibi Acun Ilıcalı “Survivor” yarışmasının iştirakçıları ilə növbəti dəfə İnstaqramda canlı yayım edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 13,1 milyon izləyicisi olan aparıcı veriliş zamanı yeni rekorda imza atmaq istədiyini bildirib.
Acunun açdığı canlı yayımı 5 dəqiqə ərzində 3 milyondan çox insan izləyib. O, bu rəqəmlə İnstaqramın canlı yayımında dünya rekordu qırıb.
Qeyd edək ki, aparıcının mayın 14-də 72 dəqiqə davam edən canlı yayımını 1 milyondan çox insan izləmişdi.
İndiyə qədər isə bu rekord 2 milyon baxışla amerikalı repçi “Tekashi 6ix9ine”a məxsus idi.