Qadin.NET / Tom Henks sağaldıqdan sonra ilk dəfə-FOTO

Tom Henks sağaldıqdan sonra ilk dəfə-FOTO


Məşhur amerikalı aktyor və prodüser Tom Henksin küçəyə çıxarkən maska əvəzinə bandanadan istifadə etdiyi məlum olub.
Qadin.Net bildirir ki, “Daily Mail” xəbər verir ki, 63 yaşlı aktyor 32 yaşlı həyat yoldaşı Rita Uilsonla Los-Ancelesdə avtomobildə hərəkət edərkən fotoqrafların obyektivlərinə tuş gəliblər.
Mart ayında Tom Henksin COVID-19-a yoluxduğu bildirilmişdi. O zaman Avstraliyada sənədli filmin çəkilişlərində olan məşhur aktyor həyat yoldaşı ilə birgə xəstəxanaya yerləşdirilmişdi. Lakin cütlük bir neçə gündən sonra sağalaraq evə buraxılmışdı.


25 may 2020
GO BACK