İrem Dericidən gözlənilməz etiraf
İrem Derici "Kanal D"də yayımlanan "2. Sayfa"nın suallarını cavablandırıb.Qadin.Net publika.az-a istinadən xəbər verir ki, müğənni "Sarışın, yoxsa əsmər" sualına "Sarışın olmağı daha çox sevirəm. Belə cazibədar görsənirəm. Qarşı cinsin isə əsmər olmasını istərdim" deyə cavab verib.
Dericinin "Varlı, yoxsa kasıb" sualına cavabı isə belə olub: "Bu barədə düşünməmişəm. Sırf puluna görə biri ilə ola bilmərəm".
"10 milyon lirə pulunuz olsa, nə edərdiniz" sualına müğənni maraqlı cavab verib:
"Ev alaram, digər hissəsini yatırım edərəm. Müğənniliyi də ataram. İnsanlar məni çox yorub".
24 may 2020
GO BACK