Qadin.NET / Seda Sayandan etiraf

Seda Sayandan etiraf


Türkiyəli ulduz Seda Sayan "Kanal D"də yayımlanan "2. Sayfa" verilişinə canlı bağlantı ilə qoşulub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 57 yaşlı müğənni verilişdə şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Sayan bildirib ki, onunla ailə qurmaq istəyən namizədlərin hər ikisi evli çıxıb.
"Qəlbinizi sarışın, yoxsa əsmər kişinin fəth etməsini istərdiniz" sualına müğənni "əsmər" deyə cavab verib.
Seda Sayanın "Kişinin səs tonu, yoxsa baxışları" sualına cavabı belə olub: "Səs tonu önəmlidir".
"Bred Pitt, yoxsa Corc Kluni" sualına isə müğənni "Kluni" deyə cavab verib.
24 may 2020
GO BACK