Karqo paketlərinin üzərində virus olur? - RƏSMİ AÇIQLAMA
Karqo paketlərində insanı xəstələndirəcək qədər virus olması mümkün deyil.Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə üçün yaradılmış elmi qurumun üzvü İlhami Çelik deyib.
Professorun sözlərinə görə, karqo paketlərinin üzərində virus ola bilər: “Amma insanı xəstələndirmək üçün kifayət edəcək miqdarda ola bilməz. Ona görə də karqo paketlərindən narahat olmağa gərək yoxdur”.
23 may 2020
GO BACK