Hamilə Gigi Hadidi görənlər tanımadı-VİDEO/FOTO
Dünyaca məşhur model Cici Hadidin bu yaxınlarda beş aylıq hamilə olması ilə bağlı verdiyi açıqlama hər kəsi təəccübləndirmişdi.Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, ulduz dünən instaqramda məşhur makiyaj ustası Erin Parsons ilə canlı yayıma qoşulub. Canlı yayıma makiyajsız çıxan məşhur estetik əməliyyatlar etdirməsi ilə bağlı iddialara cavab verib. Model bildirib ki, yanaqlarına dolğu etdirməsi xəbəri yalandır.
“Üzüm yumru olduğu üçün insanlar dolğu etdirdiyimi düşünür. Halbuki doğuşdan bəri yanaqlarım belədir. Odur ki, dolğu etdirməyə ehtiyac yoxdur. Hər kəsin özünü daha rahat və yaxşı hiss etməsi üçün nələrsə etmək istəməsi məni sevindirir. Ancaq özümə gəldikdə bu, məni qorxudur. Hər şeyə nəzarət etmək istəyirəm. Məndə yaxşı alınmaz deyə qorxuram”.
Qeyd edək ki, Zeyn Maliklə sevgili olan modelin körpəsi payızın əvvəlində dünyaya gələcək. Hamiləlikdən dolayı ulduzun kökəlməsi və üzünün şişməsi diqqətdən qaçmayıb
23 may 2020
GO BACK