Qadin.NET / Azərbaycanda koronavirusa yoluxma ilə bağlı ən riskli yerlər açıqlandı - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı ən riskli yerlər açıqlandı - RƏSMİ


“Polislər arasında da koronavirusa yoluxma faktları var. “Bakı Metropoliteni” QSC-də xidmət göstərən polis əməkdaşının koronavirusa yoluxması ilə bağlı məndə məlumat yoxdur”.
Qadin.Net oxu.az-a istinadən xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, metro və nəqliyyat vasitələri riskli yerlər hesab olunur:
“Bu səbəbdən də ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsi və tibbi maskadan istifadə edilməsi çox önəmlidir”.
22 may 2020
GO BACK