Toy etmək istəyənlərin NƏZƏRİNƏ: “İyun ayında...” - RƏSMİ AÇIQLAMA
“Toy və digər kütləvi məclislərin bərpası üçün iyun ayı məqbul hesab olunmur”.Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
TƏBİB sədri qeyd edib ki, iyun ayında toyların keçirilməsi gözlənilmir:
“Hazırda 10 nəfərdən çox adamın bir yerə toplaşması qadağandır. Əhaliyə bununla bağlı planlaşdırmalar aparmaq tövsiyə edilmir”.
22 may 2020
GO BACK