Qadin.NET / İtaliyanın baş naziri hər kəsi qorxutdu-VİDEO

İtaliyanın baş naziri hər kəsi qorxutdu-VİDEO


İtaliyanın Baş naziri Cüzeppe Konte parlamentdə koronavirusa həsr olunmuş iclas zamanı öskürməyə başlayıb.
“Hürriyet”in məlumatına görə, parlamentdə olan müxaliflər buna sərt reaksiya göstərərək, ondan maska taxmasını tələb ediblər.
Bununla bağlı yayılan kadrlardan görünür ki, baş nazir nitqini kəsərək, su içib və nitqinə davam etmək istəyib. Ancaq yenə öskürməyə başlayıb.
Vəziyyəti belə görən Konte boğazında problem olduğunu deyərək, çıxışını yarımçıq bitirib. 
Baş nazirin öskürək tutması koronavirusdan ən çox zərər çəkən ölkələrdən biri olan İtaliya mediasında böyük müzakirələrə səbəb olub.

22 may 2020
GO BACK