20 illik həkim maskaya görə dəlixanalıq oldu-SƏBƏB
Hindistanın Visaxapatnam şəhərindəki xəstəxanalardan birində 20 ildir anestezioloq işləyən Sudhakar Rao fərdi qoruyucu vasitələrin azlığından şikayət etdiyi üçün təqibə məruz qalıb.Qadin.Net publika.az-a istinadən xəbər verir ki, həkim Rao 3 apreldə yerli televiziyalardan birinə verdiyi açıqlamada fərdi qoruyucu vasitələrin az olduğunu bildirərək, həyati risk altında çalışdıqlarını dilə gətirib:
"15 gün ərzində eyni maskanı taxmağımızı istəyirlər".
Videogörüntünün sosial mediada yayılmasından sonra həkim üzr istəsə də, təqiblər çoxalıb.
Visaxapatnamın polis bölməsindən verilən açıqlamaya əsasən, həkim Rao sərxoş halda ictimai asayişi pozduğuna görə saxlanılıb. Əllərini isə ətrafda ona təzyiq göstərən şəxslərin bağladığı bildirilib. Ancaq sosial mediada yayılan başqa bir videoda polisin Raonun əllərini bağladığı görülüb.
Qeyd edək ki, polisə mane olmaq və ətrafa zərər verməkdə günahlandırılan həkimin iki həftə ərzində ruhi-əsəb xəstəlikləri dispanserində qalacağı bildirilib.
22 may 2020
GO BACK