Nazirdən çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA
“Səhiyyə Nazirliyi ilə birlikdə çimərliklərdə monitorinqlərə başlanılıb”.Qadin.net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, yaxın zamanda monitorinqlərin nəticələri bilinəcək:
“Bir sıra çimərliklərdə dəniz suyundan nümunələr artıq götürülüb və Səhiyyə Nazirliyi ilə birlikdə laborator müayinələrə başlanılıb”.
“İyunun 1-də, böyük ehtimalla, Abşeron yarımadasının çimərliklərindən götürülən su nümunələrinin nəticələri analiz olunacaq və nəticəsi açıqlanacaq”, - deyə nazir qeyd edib
21 may 2020
GO BACK