Qadin.NET / İzolyasiyadan sonra immuniteti qorumağın sadə yolu

İzolyasiyadan sonra immuniteti qorumağın sadə yolu


Koronavirusun yayılması səbəbilə tətbiq olunan sərt məhdudiyyətlər rejimi getdikcə zəifləyir, karantin rejimində yaşamağa öyrəşən insanlar artıq əvvəlki həyat ritminə qayıdırlar.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Moskva Dövlət Pedaqoji Universitetinin Ekstremal psixologiyanın elmi əsasları kafedrasının professoru, psixoloq Marina Rosenova karantin rejimindən sonra əhalinin hansı çətinliklərlə üzləşəcəyi və onların aradan qaldırılması barədə tövsiyələr verib.
“Karantindən sonra immunitetimizi necə qoruyaq” sualına ekspert cavab kimi gündəlik işin, yaxşı yuxunun, yaxşı qidalanma və müntəzəm idmanın vacibliyini qeyd edib.
“Ancaq bunu çoxları bacarmır. Gündəlik nizam hər zaman qorunmadığı üçün əsəbiləşməyin, amma tədricən özünüz üçün optimal rejimə keçin. Və çölə çıxanda həqiqətən dünyadan zövq almaq üçün özünüzə bir neçə saniyə verin. Quşları, təmiz havanı, yarpaqların rəngi və göyün dərinliyini, Günəşin istiliyi, küləyin nəfəsini hiss edin. Həyatın sadə sevinclərinə, bu gözəlliklərə heyran olmaq üçün bir neçə saniyə vaxt ayıraq!”, - deyə psixoloq məsləhət verib.
20 may 2020
GO BACK