Qadin.NET / Bacısından Bergüzar haqqında ŞOK SÖZLƏR

Bacısından Bergüzar haqqında ŞOK SÖZLƏR


Aktrisa Bergüzar Korellə Amerikada xadiməlik edən bacısı Zeynəb Korel arasındakı gərginlik səngimək bilmir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ulduzun bacısı yenidən şok açıqlamaları ilə gündəmə gəlib.
O, Bergüzarın ona haqqında danışmaq qadağası qoyması barədə danışıb. Zeynəb Korel bildirib ki, Amerikada evlərdə xadiməlik etdiyi və it gəzdirdiyi üçün ailəsi ondan utandığını deyib.
“Menecer vəzifəsindən istefa verib Amerikaya gəldim, ayaqlarımda problem var. Allaha şükür indi yaxşıyam, fizioterapiya alıram. Artıq 45 yaşım var. İşimi çox sevirəm. Burada təmizlik sahəsi ilə əlaqədar bir şirkət qurdum. ABŞ-da bu sahədə boşluq var, lakin buradakı fəaliyyətim çox tez eşidilib. Soyadımı öyrənən türk qonşularım bəzi portallara bu barədə məlumat veriblər.
Beləliklə anam və bacım xadiməliyə başladığımı öyrəndi. Deyiblər ki, Türkiyədə Zeynəbin xadiməlik etdiyini eşidən olarsa, onunla bütün əlaqələri kəsəcəyik. Sonra bacımın mənə haqqında danışmaq qadağası qoyduğunu eşitdim. Bunu başa düşmədim. Amerika vətəndaşıyam, bu qərar burada keçərli deyil. Bacım haqqında danışmıram, bunu etmərəm də. Bergüzar iddia edir ki, guya ona demişəm ki, mənə və sevgilimə pul göndərməsən, səni məhv edərəm. Bu, çox kəskin ittihamdır. Əgər danışmağa başlasam, Bergüzar evdən çıxa bilməyəcək”
20 may 2020
GO BACK