Qadin.NET / Azərbaycanda 143 nəfər koronavirusdan sağaldı, bir nəfər vəfat etdi - RƏSMİ

Azərbaycanda 143 nəfər koronavirusdan sağaldı, bir nəfər vəfat etdi - RƏSMİ


Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxmuş 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib. 
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240.220 test aparılıb.
19 may 2020
GO BACK