Qadin.NET / Koronavirus kral ailəsinin gəlirlərini azaldıb

Koronavirus kral ailəsinin gəlirlərini azaldıb


Britaniya kral ailəsinin büdcəsi 2020-ci ildə koronavirus pandemiyası səbəbindən 17,8 milyon funt sterlinq (36,8 milyon manat) azala bilər.
Qadin.Net bildirir ki, bu barədə “The Sun” qəzeti xəbər verib.
Qəzet lord Uilyam Pilin kral sarayının xidmətçilərinə ünvanlandığı məktubun bir hissəsini dərc edib.
Məktubda xəbərdarlıq olunur ki, saray xidmətçilərinin gəliri cari il ərzində üçdə bir hissəyə qədər azalacaq. Bundan əlavə, yeni xidmətçilərin seçimi dayandırılır, maaşların dondurulması, eləcə də iş yerlərinin ixtisarı nəzərdə tutulur.
Məktubda həmçinin qeyd olunur ki, 2019-cu ildə kral ailəsi təkcə bilet və suvenir satışından 70 milyon funt sterlinq (145 milyon manat) gəlir əldə edib.
19 may 2020
GO BACK