Qadin.NET / Azərbaycanda bir küçədə 53 nəfər koronavirusa yoluxdu, giriş-çıxış məhdudlaşdırıldı - RƏSMİ

Azərbaycanda bir küçədə 53 nəfər koronavirusa yoluxdu, giriş-çıxış məhdudlaşdırıldı - RƏSMİ


Daxili İşlər Nazirliyi (DIN) Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçəyə giriş-çıxışın məhdudlaşdırılmasına aydınlıq gətirib.
Qadin.Net DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Qaraçılar məhəlləsi”nə giriş-çıxış bir neçə gündür məhdudlaşdırılıb:
“Yevlaxda 80 nəfər koronavirusa yoluxub. Onlardan 53 nəfəri həmin məhəllənin sakinləridir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları çıxana kimi məhəlləyə giriş-çıxış məhdudiyyəti davam edəcək”.
Qeyd edək ki, Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçədə yaşayan sakinlər xüsusi karantin rejimi qaydalarını pozaraq, məhəllədən çıxmaq üçün etiraz aksiyası keçirməyə cəhd göstərib.
19 may 2020
GO BACK