Qadin.NET / Məşhur cütlükdən etiraf

Məşhur cütlükdən etiraf


Ötən gün 26 yaşlı dünya şöhrətli kanadalı müğənni Castin Biber həyat yoldaşı, 23 yaşlı Heyli Bolduinlə birlikdə hazırladıqları “The Biebers on Watch” sənədli layihəsində şəxsi həyatı barədə etirafları ilə diqqət mərkəzinə düşüb.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, layihənin yeni buraxılışında pop ulduzu keçmişində peşman olduğu məqamlardan söz açıb
“Heç nəyə görə peşman deyiləm, çünki inanıram - bütün hadisələr sizi şəxsiyyət halına gətirir, təcrübə qazanırsınız. Geri qayıdıb, keçməli olduğum ağrıdan qaça bilsəydim, yəqin ki, evlənməzdən əvvəlki özümü xilas edərdim. Bilirəm ki, dəlicəsinə səslənir, amma seks qarışıqlıq yarada bilər”, – deyə C.Biber söyləyib.
Müğənni “Evlilikdən əvvəl seks sizi kor edə bilər, hətta qərar vermək qabiliyyətinizi poza bilər” fikirləri ilə ağılları qarışdırıb.
Diqqət çəkən məqam Heylinin ərinin fikirləri ilə razılaşmamasıdır. Məşhurlar fərqli təcrübələr yaşadıqlarını qeyd ediblər.
“Razıyam ki, fiziki yaxınlıq bəzən həqiqətən hər şeyi qarışdıra bilər”, - deyə Heyli bildirib.
Qeyd edək ki, məşhur cütlük tanışlıqdan təxminən bir ay sonra, 2018-ci ilin iyulunda nişanlanıb. Biberin sağlamlıq vəziyyəti ilə əlaqədar toy bir il təxirə salınmışdı. Pop ulduzu uzun müddət depressiya ilə mübarizə aparıb. Bundan əlavə ona “Laym xəstəliyi” diaqnozu qoyulub”.



19 may 2020
GO BACK