Birinci sinfə şagird qəbulu üçün valideyn (qanuni nümayəndə) sənədləri məktəbə təqdim etməlidir.
Bildirilib ki, həmin sənədlər Azərbaycan vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti, Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi, xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycanın ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti, digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U); 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, valideynin (qanuni nümayəndənin) “www.mektebeqebul.edu.az” saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”dir.