Bakı metrosunda sərnişinlər qaydaları pozur? - AÇIQLAMA
“Mənzil başına çatana qədər sərnişinlərin maskaları çıxarması qadağandır”.Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Xəzər TV”nin efirində yayımlanan “Xəzər Səhər” proqramında qonaq olarkən deyib.
O bildirib ki, metropolitendə karantin qaydalarını pozmağa cəhd edən sərnişinlər müşahidə edilir:
“Metro fəaliyyətə başladığı ilk həftə ərzində karantin qaydalarını kobud şəkildə pozan sərnişinlə bağlı məlumat vermişdik. Bu istiqamətdə statistikanı metro polisi həyata keçirdiyi üçün bizdə dəqiq rəqəmlər yoxdur. Lakin müşahidələrimiz nəticəsində görürük ki, metropolitendə karantin qaydalarını pozmağa cəhd edən sərnişinlər var.
Bəzən platformalarda və ya qatarlarda sərnişinlərin maskaları çıxardıqlarının şahidi oluruq. Metro polisi ilə metropoliten əməkdaşları bu kimi halların qarşısını almaq üçün sərnişinlərə yaxınlaşaraq, maskaları çıxarmamğı xahiş edir. Ümumiyyətlə, mənzil başına çatana qədər sərnişinlərin maskaları çıxarması qadağandır”.
19 may 2020
GO BACK