Qadin.NET / Eldar Əzizovdan Bakı sakinlərinə MÜRACİƏT

Eldar Əzizovdan Bakı sakinlərinə MÜRACİƏT


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Bakı sakinlərinə müraciət edib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, o, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında bildirib ki, liftlərə xüsusi yer ayrılır:
“Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan binaların liftləri hər gün dezinfeksiya olunur. Kooperativlər, MTK-larda yaşayan sakinlər bilməlidir ki, onlar kollektiv mülkiyyət kimi gedir və dezinfeksiya işini təşkil etməlidirlər. Amma biz onlara da xidmət edirik”.
“Sakinləri koronavirusun ciddiliyinə inandırmaq əsas problem olaraq qalır”, - deyə o qeyd edib.
18 may 2020
GO BACK