Qadin.NET / Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 113 yeni yoluxma - RƏSMİ

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 113 yeni yoluxma - RƏSMİ


“Azərbaycanda 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”.
Qadin/Net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, 40 nəfər sağalıb:
“Bir nəfər vəfat edib. Ümumi yoluxanların sayı 3387 olub. İndiyə qədər 2055 nəfər sağalıb. Hazırda aktiv xəstə sayı 1333 nəfərdir. Bu günə qədər 235 910 test olub”.
18 may 2020
GO BACK