Qadin.NET / COVID-19-un ilk və son simptomları məlum oldu

COVID-19-un ilk və son simptomları məlum oldu


COVID-19-a yoluxan gənc xəstələr üçün iflic infeksiyanın ilk və son simptomu ola bilər. Çünki koronavirus hiperkoaqulyasiya yaradır - qanın laxtalanmasını artırır.
Qadin.Net bildirir ki, bu barədə Lenta.ru-ya Corc Mason Universitetinin (ABŞ) Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova danışıb:
“ABŞ-da tibbi statistikaya görə, epidemiya zamanı ürək və damar patologiyaları olan 40 yaşdan aşağı xəstələrin sayı 2018-ci və 2019-cu illərdəki eyni dövrlərlə müqayisədə yeddi dəfə artıb”.
“Hiperkoaqulyasiyanın simptomsuz və zəif simptomatik xəstələrdə COVID-19-un çox vaxt yeganə əlaməti olduğunu bilmək vacibdir”, - deyə professor vurğulayıb
18 may 2020
GO BACK