Nataşa Korolevaya keçmiş ərindən danışdı
20 ildir rəqqas Tarzanla ailəli olan müğənni Nataşa Korolevaya keçmiş həyat yoldaşı İqor Nikolaevlə bağlı sual ünvanlanıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Nataşa 10 il davam edən ailə həyatı ilə bağlı Andrey Malaxovun proqramında danışıb.
O bildirib ki, İqorla münasibətləri asan bitməyib. Hazırda isə onlar dostdurlar. Nataşa İqoru möhtəşəm musiqiçi, bəstəkar və dost hesab etdiyini gizlətməyib. Müğənni etiraf edib ki, onunla yaşamaq heç də asan deyilmiş:
"Alla Puqaçova İqoru çox istəyir, ona oğlum deyə müraciət edir. Burada da o, onun tərəfini tutdu və hətta ona dəstək olmaq üçün Kiyevdən bir xanım da gətizdirdi. Əsl analıq etdi.
Bilirsiz, həyat ayrılıqla bitmir. Sağalırsan... Tez təslim olma, mübarizə apar. Özünü xatırla, özün haqda düşün. Həyat hər şeyi öz yoluna qoyacaq. Güclüsən, ağıllısan... Bu sözləri mənə Alla da deyirdi və kömək edirdi".
18 may 2020
GO BACK