Braziliyalı məşhur model ona tez-tez ünvanlanan suala sərt reaksiya verib.
Qadin.Net bildirir ki, Sondakika.com-un məlumatına görə, türkiyəli keçmiş basketbolçu Burak Gacemer ilə evli olan Larissa Gacemer “Niyə övladınız yoxdur?” sualına üsyan edərək cavab verib.
O bildirib ki, anadangəlmə xəstəliyi var və çox istəsə də, ana ola bilməyəcək.
Model qeyd edib ki, həyat yoldaşı onu bu xəstəliyi ilə qəbul edib.