Qadin.NET / Koronavirusa görə filmin çəkilişləri dayandırıldı

Koronavirusa görə filmin çəkilişləri dayandırıldı


Aktrisa Serenay Sarıkaya koronavirus infeksiyasına görə layihələrini yarımçıq qoyub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aktrisanın "Rüya projem" dediyi mərhum müğənni Bergenin həyatından bəhs edən filminin çəkilişləri dayandırılıb.
Son günlər yumor ustası Cem Yılmazla yaşadığı eşqlə gündəmdən düşməyən Serenay rolu üçün məşqlər edir. 28 yaşlı aktrisa dərslər alıb, Bergenlə bağlı araşdırmalar aparır.
Noyabrda təqdim edilməsi planlaşdırılan film üçün aktrisa çox həyəcanlanır. İyunda çəkilişlərə başlanılacağı deyilsə də, məlum olmayan vaxta qədər uzadılıb.
17 may 2020
GO BACK